Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və İrlandiyanın xarici işlər və müdafiə naziri Maykl Martin Qəzza zolağında “World Central Kitchen” (WCK) humanitar təşkilatının işçilərinin ölüm şəraitinin hərtərəfli araşdırılmasının vacibliyini bəyan ediblər. Müvafiq bəyanatlar onlar tərəfindən X-də (keçmiş Twitter) yayılıb.
“Qəzzada World Central Kitchen (WCK) əməkdaşlarının ölümü ilə nəticələnən hava hücumu ilə bağlı xəbərlər dərin narahatlıq doğurur. Britaniya vətəndaşlarının öldürüldüyü bildirilir və biz təcili olaraq bunu araşdırırıq və onların ailələrinə tam dəstəyimizi göstərəcəyik”, – Kemeron yazıb. . “Yardım işçilərinin müdafiəsi və işlərini görə bilməsi həyati əhəmiyyət kəsb edir. Biz İsraili baş verənlərlə bağlı dərhal hərtərəfli və şəffaf araşdırma aparmağa çağırırıq”, – nazir əlavə edib.
Martin həmçinin hərəkətləri ölümə səbəb olan hər kəsi “məsuliyyətə cəlb etməyə” çağırıb.
“Hadisə bir daha mülki əhalinin müdafiəsi və humanitar yardımların [anklavlara] maneəsiz çıxışını təmin etmək üçün dərhal atəşkəsə ehtiyac olduğunu vurğulayır” dedi.
(Tass)