Almaniya gömrük orqanları Rusiyadan gələn Marşal adaları bayrağı altında üzən yük gəmisini Rostok limanında (Meklenburq-Ön Pomeraniya federal əyaləti) saxlayıb. Bu barədə DPA agentliyi məlumat yayıb .
“Gəmidə Avropa İttifaqının sanksiyalarına məruz qalan malların olması ilə əlaqədar olaraq, gəmi gömrük nəzarətinə götürülüb. Buna görə də limanı tərk etmək qadağandır”, – agentlik Rostok Limanları və Dəniz İdarəsindən sitat gətirir.
Marşal adaları bayrağı altında üzən 193 m uzunluğunda yük gəmisi pərvanəsindəki texniki problemlərə görə martın 4-də Rostok limanına təmirə çağırılıb. Stralsund Baş Gömrük İdarəsi qeyd edib ki, gəminin yükü, Aİ-yə gətirilən bütün mallar kimi, nəzarətə məruz qalır. Bu kontekstdə Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, xarici iqtisadi fəaliyyətlə bağlı məhdudiyyətlərə əməl olunması nəzərdən keçiriləcək. Bu konkret halda, DPA yazır, istintaq hələ də davam edir. Gömrükdən yüklə bağlı hər hansı təfərrüat verilməyib.
(Tass)