ABŞ səfirliyinin 2 min əməkdaşı Ermənistanda informasiya məkanının “emalı” ilə məşğuldur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Hazırda Ermənistan daxilində media məkanının emalına nəhəng resurslar atılır. 2 min nəfər ABŞ səfirliyinin əməkdaşlarıdır və məhz bununla məşğuldurlar. Ermənistanda informasiya məkanının emalı”.
Zaxarovanın sözlərinə görə, bu fəallığı həm Rusiya, həm də bütün dünya görür. (Tass)