İyun 16, 2025-12:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Dövlət Komissiyası: Ermənistanın basdırdığı minalar məzar yerlərində axtarış və qazıntı işlərinin aparılmasına maneə yaradır

2024:04:04 - 13:00
in SİYASƏT
A A

Ermənistan tərəfindən işğal və hətta postmünaqişə dövründə ərazilərin minalanması, mina-tələlərin quraşdırılması, o cümlədən partlamamış sursatlarla həddən artıq çirkləndirilməsi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır.

“Report”un xəbərinə görə, bu, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında qeyd edilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən ANAMA ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

Bir çox hallarda Dövlət Komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində mütəxəssis heyətinin işləməsi üçün ərazilərin minalardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir.

Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan və itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir.

Əvvəlki Yazı

Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə müdir təyin edilib

Növbəti Yazı

Narsizm insanların özünə məsləhətçi olaraq hər zaman negativ təsir edə bilən kompleks və davranış modelidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.