“BDU könüllüləri” təşkilatı və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında “100 il sonra BDU” mövzusunda süni intellekt ilə dizayn müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin süni intellektlə işləmə bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsidir.
Müsabiqədə iştirak etmək istəyən tələbələr işlərini aprelin 21-i saat 23:59-dək aşağıdakı meyarlara cavab vermək şərtilə bsu.volunteer@gmail.com e-poçt ünvanına göndərməlidirlər:
-Elektron məktubun mövzu hissəsində müsabiqənin adı (“100 il sonra BDU”) qeyd olunmalıdır;
-Göndəriləcək iş (şəkil) yüksək keyfiyyətdə olmalıdır;
– Bir tələbə yalnız 2 dizayn (şəkil) göndərə bilər;
– Elektron məktubda əlaqə nömrəsi, fakültə, kurs, ad, soyad, ata adı qeyd edilməlidir.