Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) iki generalı da daxil olmaqla 13 nəfərin ölümü ilə nəticələnən İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücuma görə İsraildən qisas almağa çağıran plakatlar asılıb. Fotolar İSNA agentliyi tərəfindən təqdim olunub.
Reklam lövhələrində ingilis və ivrit dillərində “We will revenge” ifadəsi yer alıb. Plakatlarda hədəf kimi İsrailin müdafiə naziri Yoav Qalant, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi, onun müavini Əmir Baram, İsrail Hərbi Hava Qüvvələri komandiri Tomer Bar və İsrail Hərbi Dəniz Qüvvələrinin komandiri David Salamın fotoşəkilləri yer alıb. Agentlik bu bannerlərin Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Almaniya və İsveçrə səfirliklərinin qarşısında asıldığını bildirib.
(Tass)