İyun 16, 2025-21:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Politoloq: Azərbaycan BRICS-dən siyasi mənfəət əldə edə bilər

2024:04:08 - 11:07
in GÜNDƏM
A A

Azərbaycan BRICS-dən siyasi mənfəət əldə edə bilər.

“Report” xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə “BRICS və Azərbaycan iqtisadi əməkdaşlıq və prioritetlər” mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə münasibətlərinin pozulması mümkün deyil, xüsusilə iqtisadi çərçivədə bu baş verməyəcək:

“Azərbaycanın əsas ticarət partnyoru Türkiyə və Avropadır. Son 30 ildə ticarət dövriyyəmizin statistikasında Qərb ölkələri birinci yeri tutur. Azərbaycan BRICS-dən siyasi mənfəət əldə edə bilər. Ancaq bu o demək deyil ki, bu quruma üzv olmaqla dünyaya qarşı çıxılır. Azərbaycan nə qədər çox təşkilata üzv olsa, bir o qədər siyasi dividend qazana bilər”.

Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.

Əvvəlki Yazı

CNN: Hansı müalicə növləri mövcuddur?

Növbəti Yazı

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.