Fevralın 19-da başlayan “Aspides” adlı Qırmızı dənizdə gəmiləri qorumaq üçün Aİ missiyasının üzvləri 68 gəmini müşayiət edib və 11 hücumu dəf edib. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“Əməliyyatın başlanmasından iki aydan az müddətdə 68 gəmi müşayiət olunub və 11 hücum dəf edilib”, o deyib.
Borrelin sözlərinə görə, husilərin naviqasiya azadlığına mane olması səbəbindən Aİ Qırmızı dənizə müdaxilə etmək məcburiyyətində qalıb. O, ticarətin təhlükə altında olduğunu və daşıma qiymətlərinin artdığını vurğulayıb. “Məsələn, bir konteynerin Çindən Avropaya daşınmasının qiyməti iki dəfə artdı” deyə izah etdi və “vəziyyətə müdaxilə etməyin lazım olduğu aydın idi” dedi.
Borrell həmçinin bildirib ki, Aİ missiyası sırf müdafiə xarakteri daşıyır və husilərə qarşı heç bir əməliyyat keçirmir.
(Tass)