İyun 22, 2025-1:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib

2024:04:08 - 13:44
in İQTİSADİYYAT
A A

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində növbəti sığorta ödənişləri edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, aprel ayında Aqrar Sığorta Fondu tərəfindən İsmayıllı, Qusar və Şabran rayonlarında gilas və badam bağları, eləcə də kələm əkinlərinə dəyən zərərlərə görə fermerlərə sığorta ödənişləri verilib.

İsmayıllı rayonunun Qalıncaq kəndində gilas bağında baş verən fırtına hadisəsi nəticəsində dəyən zərərə görə fermer Səlahəddin Məmmədova 20218 manat, gilas bağında baş verən fırtına hadisəsi nəticəsində dəyən zərərə görə fermer Dilquşə Həsənovaya 21747 manat məbləğində sığorta ödənişi təqdim edilib.

Qusar rayonunun Gican kəndindən olan Etibar Səfərova məxsus kələm əkini sahəsində baş verən sel-subasma hadisəsi nəticəsində dəyən zərərə görə fermerə 1566 manat, Şabran rayonunun Pirəbədil kəndindən olan Sübhan Kamilova məxsus badam bağında baş verən şaxtavurma (donvurma) hadisəsi nəticəsində dəyən zərərə görə fermerə 1777 manat məbləğində sığorta ödənilib.

Aqrar sığorta ödənişi alan fermerlər, sığorta mexanizminin işindən razı qalıb, bu dəstəyə görə dövlətə təşəkkür ediblər. Təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini bildirən sahibkarlar digər fermerləri də bu sərfəli imkandan istifadə edərək, əkin sahələrini və meyvə bağlarını sığortalamağa çağırıblar.

Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə ödənişləri sürətlə artır. Bir qədər əvvəl üzüm, ərik və alça bağları üzrə də sığorta ödənişləri həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 4,4 milyon manat sığorta ödənişi edilib, bunun 3,5 milyon manatı əkin sahələri və bitkiçilik, 910 min manatı isə heyvandarlıq üzrə olub. Aqrar Sığorta Fondunun fəaliyyəti, göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və tariflərlə Fondun internet səhifəsi (asf.gov.az) vasitəsilə tanış olmaq mümkündür.

Aqrar sığorta mexanizmi vasitəsilə 48 sayda bitki və bitkiçilik məhsullarını, o cümlədən meyvə bağlarını və tərəvəz əkinlərini sığortalamaq mümkündür. Aqrar sığorta əkin sahələrini təbiət hadisələri – dolu, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, normadan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.

Əvvəlki Yazı

Serbiya Rusiyaya istinad etmədən ölkənin inkişafının mənasız olduğunu bəyan edib

Növbəti Yazı

Mükəmməl seçki nəticəsi Varşava merinə Polşa prezidenti olmaq şansı verə bilər.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.