2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib.
“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
“Ötən il 4 analitik fəaliyyət həyata keçirilib, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib. Büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub”, – deyə o qeyd edib.