Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2024-cü ilin ilk 3 ayı ərzində muxtar respublika ərazisində, ümumilikdə, 78 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyalarında cari təmir işləri aparılıb. Eyni dövrdə 3,3 kilometr yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilib, 40,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində təmir işləri görülüb.