Avqust 20, 2025-23:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağcabədi pambıqçıları çiyid səpininə başlayıblar

2024:04:11 - 14:47
in İQTİSADİYYAT
A A

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2023-cü ildə Ağcabədi rayonunda 11 min 492,7 hektar sahədə pambıq əkilib, 36 min 246,9 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 31,54 sentner olub. Ağcabədi pambıqçıları 2024-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Bu il rayon ərazisində 13 min hektardan artıq sahədə çiyid səpilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya” MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Artıq təsərrüfatlarda çiyid səpininə start verilib. Səpinə ilkin olaraq rayonun Hacıbədəlli, Mehrablı, Qaradolaq və Yeni Qaradolaq kəndlərində başlanılıb. Artıq 200 hektardan çox sahədə səpin aparılıb. Çiyid səpininin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.

Əvvəlki Yazı

FT: Aven və Fridmanla bağlı Aİ məhkəməsinin qərarı yüzlərlə rusiyalıya qarşı sanksiyaların ləğvinə yol açır

Növbəti Yazı

Ukraynada Kiyev metrosunun keçmiş rəisinin müttəhim olduğu iş açılıb.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.