Mart ayında polis tərəfindən saxlanılan Moldovanın müxalif “Şans” partiyasının nümayəndəsi Andrey Qalatski daha 20 gün həbsdə qalacaq. Partiya lideri Aleksey Lunqu bu barədə Kişinyov Apellyasiya Məhkəməsinin iclasından sonra jurnalistlərə bildirib.
“Biz ədalət tələb etdik, lakin bu baş vermədi. Həmkarımız Andrey Qalatski daha 20 gün həbsdədir”, – Lunqu bildirib.
Onun sözlərinə görə, prokurorlar həbs müddətinin 30 sutka uzadılmasını istəyiblər. Məhkəmə zamanı yüzə yaxın Qalatskinin tərəfdarı onun azadlığa buraxılmasını tələb edərək məhkəmə binasını pikete kecirib.
(Tass)