İyun 15, 2025-22:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sahib Məmmədov: “Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır”

2023:09:28 - 11:15
in İQTİSADİYYAT
A A

Azərbaycanda son illərdə görülmüş işlər nəticəsində güclü özəl sektor formalaşmaqdadır və müasir texnologiyalara əsaslanan çoxsaylı müəssisələr fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

S.Məmmədov qeyd edib ki, son dövrlərdə dünya iqtisadiyyatında baş verən geosiyasi və iqtisadi proseslər fonunda milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə ölkə başçısı tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub:

“Bu sənəddə öz əksini tapan 5 prioritetdən biri də məhz dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır ki, onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir. Ötən müddət ərzində istehlakçıların hüquqlarının müdafiəsi və azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi siyasət nəticəsində bu gün iqtisadi sferada keyfiyyət infrastrukturunun qurulmasına, istehlak bazarında sağlam rəqabətin qorunmasına, istehlakçı məmnuniyyətinin təmin edilməsinə nail olunub. İstehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olmaqla daim diqqət mərkəzində saxlanılır və bu sahədə dövlət tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi qaydaları müəyyən standartda və keyfiyyətdə mal və xidmətlərin istehsalını təmin etdiyi üçün istehlakçı hüquqlarının qorunması ilə yanaşı, istehsalın və son nəticədə ölkə iqtisadiyyatının inkişafını təmin edir”.

Nazir müavini əlavə edib ki, ölkə strategiyasından irəli gələn tədbirlərin icrası nəticəsində və qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsi ölkədə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təmin edəcək.

Əvvəlki Yazı

Azərbaycanda fermerlərə növbəti dəfə sığorta ödənişi veriləcək

Növbəti Yazı

30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilir – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.