Litvada ölkənin bütün özünüidarə orqanlarında fəaliyyət göstərəcək milli hərbi komendantlıq sistemi yaradılır. Bu barədə jurnalistlərə müdafiə naziri Laurinas Kaçiunas məlumat verib.
“Biz daimi komendaturalar şəbəkəsini yaradırıq. Onlar dinc vaxtda fəaliyyət göstərəcəklər. Komendantlığa təyin olunmuş şəxslər üçün təlimlər, məsləhətləşmələr və digər praktiki və izahat işləri aparılacaq”.
Nazirin qeyd etdiyi kimi, sakinlər komendantlığa müraciət etməklə onların harada olması və hərbi təhlükə zamanı nə etməli olduqları barədə məlumat əldə edəcəklər. “Söhbət təkcə hərbi ehtiyatdan deyil, həm də bütün vətənpərvər insanlardan gedir. Komendantlıqlar onlarla ordu arasında əlaqə olacaq”, – Kasciunas izah edib.
Belə şəxslərin qeydiyyata alınması planlaşdırılır. Mayın 1-də başlayacaq və avqustun 31-də başa çatacaq.
(Tass)