İran İordaniyanın hərəkətlərini izləyir və İslam Respublikasının İsrailə hücumunun qarşısını alarsa, krallığı vura bilər. Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın hesab edilən Fars agentliyi məlumat yayıb.
“İran silahlı qüvvələri sionist rejimə (İsrail Dövləti – TASS qeydi) hücum zamanı İordaniyanın hərəkətlərini diqqətlə izləyir, əgər müdaxilə etməyə çalışarsa, növbəti hədəfə çevriləcək”, – agentliyin bəyanatında deyilir.
Fars həmçinin iddia edir ki, İran hakimiyyəti hücumdan əvvəl İordaniya da daxil olmaqla qonşu ölkələrə “lazımi xəbərdarlıqlar” göndərib. (Tass)