Yeddilik Qrupuna (G7) sədrlik edən İtaliya İranın İsrailə hücumunu müzakirə etmək üçün bu qeyri-rəsmi birliyin liderlərinin videokonfransını çağırır. Bu barədə ANSA İtaliya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden G7 liderləri arasında aprelin 14-nə planlaşdırılan danışıqları açıqlamışdı.
İtaliya rəsmiləri İranın hərəkətlərini pisləyib və əmin ediblər ki, daha da gərginliyin qarşısını almaq üçün çalışırlar.
(Tass)