İyun 16, 2025-2:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Sümük iliyi transplantasiyası cərrahi müdaxilə olmadan həyata keçiriləcək

2023:09:28 - 13:12
in SİYASƏT
A A
Sümük iliyi transplantasiyası yeni satınalınan avadanlıqlar vasitəsilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnzibati idarəetmə departamenti, Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov deyib.

O, Xidmətlər Zərfinə yeni daxil olan sümük iliyi transplantasiyası üçün yeni əhəmiyyətli avadanlıqlar alındığını bildirib:

“Vətəndaşlar üçün dəyəri yüksək transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə artıq əlçatandır. Sümük iliyi transplantasiyası yeni satın alınmış avadanlıqlar vasitəsilə müasir müalicə üsulu olan aferez yolu ilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək.

Artıq leykoz, mieloma, limfama kimi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin icbari tibbi sığorta çərçivəsində effektiv müalicəsi mümkün olacaq. Müasir tələblərə uyğunlaşan effektiv müalicə üsulunun tətbiqi sümük iliyi transplantasiyası əməliyyatının icrası üçün lazımi avadanlıq və resurslara qənaətə də imkan verir”.

Şöbə müdiri Agentlik tərəfindən satınalınan və əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən ianə olunan avadanlıqlar barədə də danışıb. Onun sözlərinə görə, Agentlik tərəfindən 2022-2023-cü illərdə dəyəri 40 milyon manatdan çox olan 254 adda 3344 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb.

Alınan avadanlıqlar:
• Ana və uşaq sağlamlığının qorunması
• Geniş spektrli müayinələrin aparılması və dəqiq diaqnozların təyini
• İnstrumental müayinlərin aparılması
• Laporoskopik əməliyyatların icrası
• Reanimasiya tədbirlərinin yaxşılaşdırılmasına xidmət edir.

O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Agentliyə ianə edilmiş avadanlıqların ümumi dəyəri 5 950 000 manatdır. Həmin avadanlıqların sırasında defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulanlar üçün küvəz, radiant qızdırıcı, fototerapiya cihazı, holter monitorunu və s. qeyd etmək olar.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

Növbəti Yazı

Rəsmi Bakı: Ermənistan XİN-İN beynəlxalq ictimaiyyəti yanlış yönləndirən bəyanatını qətiyyətlə pisləyirik

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.