İyun 19, 2025-12:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

2024:04:16 - 14:38
in İQTİSADİYYAT
A A

“Aqroservis” ASC tərəfindən taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə başlanılır. Təlimlər Səhmdar Cəmiyyətin Yevlax Regional nümayəndəliyindəki təlim mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müasir kombaynların idarə olunması ilə bağlı təşkil olunan təlimlər may ayına kimi davam edəcək. Təlimlərə, ümumilikdə, 160 mexanizator cəlb olunacaq.

Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirmək, mexanizatorların kombaynların düzgün idarə edilməsi, texnikalara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi istiqamətində bilik və bacarıqlarını artırmaqdır.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.

Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim olunur.

Sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanmayacaq.

Əvvəlki Yazı

FT: İsrail hücuma cavab olaraq İrana “ağrılı mesaj” vermək niyyətindədir

Növbəti Yazı

Qəzza Səhiyyə Nazirliyi, eskalasiya başlayandan bəri Qəzza zolağında ölənlərin sayının 33 843-ə yüksəldiyini açıqlayıb.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.