Kapri adasında açılan “Yeddilik” xarici işlər nazirləri qrupunun toplantısında Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükü mövzusu müzakirə olunacaq. Media bu barədə müxtəlif nümayəndə heyətlərindəki bir neçə mənbədən xəbər tutub.
“Siyasi məsləhətçilər və şerpaların hazırlanması və təmasları zamanı Kiyevin hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi mövzusu müzakirə olunur”, – ANSA mənbələrdən birinə istinadən bildirir .
Kiyev uzun müddətdir ki, Qərb tərəfdaşlarının Ukrayna Silahlı Qüvvələrini daha effektiv hava hücumundan müdafiə sistemləri ilə təchiz etməkdə israr edir. Cümə axşamı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO-nun baş katibi Yens Stoltenberq Kapriyə gələcəklər.
(Tass)