İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar gecə saatlarında Livanın cənubunda Hizbullahın bir sıra hədəflərinə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Zərbələr Xiam bölgəsindəki “terror infrastrukturu obyektlərini” və həmçinin əlavə iki hərbi obyekti hədəf alıb. İDF həmçinin bildirib ki, əsgərləri dərhal təhlükəni aradan qaldırmaq üçün ərazidə atəş açmağa məcbur olublar.
“Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kfarkela bölgəsində aşkar edilən iki Hizbullah terrorçusunu məhv edib”, – bəyanatda deyilir.
(Tass)