İyun 17, 2025-15:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

2024:04:18 - 12:30
in GÜNDƏM
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib.AzMİU-dan AZƏRTAC-a bildirilib ki, elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Gülçöhrə Məmmədova tədbirdə Azərbaycan-Polşa əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, bir çox layihələrdə birgə iştirakından bəhs edib. Dünyanın aparıcı universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən danışan rektor Avropanın ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, o cümlədən VTU ilə əlaqələrə toxunub, iki universitet arasında əməkdaşlıq memorandumunun mövcudluğuna diqqət çəkib.

Qonaqlara AzMİU-nun fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları və laboratoriyaları haqqında məlumat verilib.

VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali təhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanları və beynəlxalq əlaqələrindən danışıb. VTU-nun İnşaat mühəndisliyi fakültəsinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri və vaxtilə AzMİU-nun İnşaat fakültəsinin tələbəsi olmuş professor Nəbi İbadov isə universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə ilkin mərhələdə inşaat və memarlıq istiqamətlərində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı səfərlər, birgə tədqiqatlar, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və uyğun ixtisaslar üzrə ikili diplom proqramlarının tətbiq imkanının nəzərdən keçirilməsi qərara alınıb.

Sonra nümayəndə heyəti AzMİU-nun kampusu, İnşaat fakültəsi, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənaye ilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumat verilib.

Əvvəlki Yazı

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

Növbəti Yazı

Fələstinli qaçqınlar Çeçenistandakı avtomobil müəssisələrində işlə təmin oluna bilərlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.