Avqust 25, 2025-12:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

2024:04:18 - 14:01
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin təşkilatçılığı çərçivəsində aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qalasında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ramana qalası ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifinə əsasən, 1983-cü ildə UNESCO tərəfindən təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. “Ölkəmizdə də hər il qoruqların, nümayiş obyekti kimi istifadə olunan abidələrin təbliği məqsədilə müxtəlif tədbirlər və sərgilər təşkil edilir. Eyni zamanda, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, – deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına, habelə təbliği işinə yönəltmək üçün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkə ərazisində 29 tarix və mədəniyyət abidəsində ziyarətlər təşkil olunub.

Səadət Yusifova diqqətə çatdırıb ki, Ermənistanın işğalı nəticəsində çox sayda tarixi-mədəni irsimiz məhv olub. Vətən müharibəsində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda hazırda abidələrin bərpası işləri aparılır.

O, həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev mədəni irsimizin qorunmasını hər zaman diqqətdə saxlayıb. İndi bu strategiya Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.

Sonra tədbir bədii hissə ilə davam edib.

Əvvəlki Yazı

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

Növbəti Yazı

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.