Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın Ukraynaya maliyyə yardımı ayırması ilə bağlı yeni qanun layihəsini jurnalistlərə şərh edərkən ABŞ Ukraynaya yardım göstərməklə Kiyevi hərbi əməliyyatları davam etdirməyə təhrik edir və özünə fayda gətirir.
“Daxili siyasi fikir ayrılıqlarına görə, Vaşinqton Ukraynaya yardımı davam etdirmək üçün müxtəlif üsullar axtarır və bu ABŞ üçün zəmanətli qazanc təmin edir”, – Kremlin sözçüsü bildirib.
O qeyd edib: “Kim nə deyirsə desin, amerikalılar özlərini unutmurlar.” “İstənilən yardım rejimləri, ilk növbədə, ayrılan vəsaitin çox mühüm hissəsinin ABŞ-ın hərbi sənaye kompleksində qaldır, daha sonra Amerika dövlətinə vergi şəklində ödənilir və s. deyə yekunlaşdırıb.
“Ukrayna indi nəinki [göstərilən yardım], amerikalılara qazanc verməli, həm də son ukraynalıya qədər mübarizə aparmalıdır”, – Peskov bildirib. (Tass)