Qərb Ermənistana yalnız regionda yeni böyük yanğını alovlandırmaq üçün alət rolunu verir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Qərbdə Cənubi Qafqazda sülhün qayğısına qalmaq haqqında nə qədər gözəl sözlər desələr də, Ermənistana yalnız ABŞ və Aİ-nin yeni böyük yanğını yandırmaq istədiyi alət rolu verilir”, – o deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya ABŞ və Avropa İttifaqı ilə “hərbi-siyasi razılaşmalar” haqqında informasiyanın mətbuatda yer almasından sonra Ermənistandan aydın reaksiya və rədd cavabı gözləyir. (Tass)