Tehran İsrailin “nüvə mərkəzləri”nin yerini müəyyənləşdirib və yəhudi dövləti İranın İsrailin hərbi obyektlərinə son hücumuna cavab verərsə, onları məhv etməyə hazırdır. Bu açıqlama ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) nüvə müdafiə və təhlükəsizlik bölməsinin komandiri general Əhməd Həktələb çıxış edib.
“Sionist düşmənin (İsrail – TASS qeydi) nüvə mərkəzlərinin yeri müəyyən edilib və bizim ixtiyarımızda bütün hədəflər haqqında lazımi məlumat var və belə desək, onların iddia edilən hərəkətlərinə cavab olaraq, biz hədəfləri məhv etmək üçün güclü raketlər buraxmağa hazırıq”, – deyə o vurğulayıb. (Tass)