Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Moskvadakı səfiri Məhəmməd Əhməd əl-Cabir Fələstin-İsrail münaqişəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
“Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafı vurğulanmaqla regional və beynəlxalq gündəliyin aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər. (Tass)