İran ordusu ölkənin hava məkanına soxulan pilotsuz uçuş aparatlarına qarşı baraj atəşinin zenit silahlarından həyata keçirildiyini bildirib.
Bu barədə İRNA agentliyi İslam Respublikasının hərbi komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.
“Düşmənin PUA-ları aşağı hündürlükdə uçurdu və hava hücumundan müdafiə sistemləri ilə deyil, adi zenit silahlarından atəşə tutulub”. (Tass)