Qırğızıstan Xarici İşlər Nazirliyi bu regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar respublika vətəndaşlarına müvəqqəti olaraq Yaxın Şərq ölkələrinə səfərlərdən çəkinməyi tövsiyə edib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Yaxın Şərq regionunda davam edən gərgin vəziyyətlə əlaqədar nazirlik Qırğızıstan vətəndaşlarına Yaxın Şərq regionuna, xüsusən də İsrail, İran, Suriya, İraq, Livan və Fələstin ərazilərinə səfərlərdən çəkinməyi tövsiyə edir”- mesaj deyir.
Xarici İşlər Nazirliyi bu dövlətlərin ərazisində olan Qırğızıstan vətəndaşlarına “vəziyyət sabitləşənə qədər öz təhlükəsizlik tədbirlərini gücləndirməyi” tövsiyə edib.
“Səfirliklərin fövqəladə telefon nömrələri var, bu telefonlar vasitəsilə regionda qalan Qırğızıstan vətəndaşları zərurət yaranarsa, kömək və ya məsləhət ala bilərlər”, – departament xatırladıb. (Tass)