İyun 17, 2025-1:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

2024:04:19 - 12:08
in SOSİAL
A A

Azərbaycanın Türkiyədəki səfirliyi, Ege Universiteti, Quba Soyqırımı Memorial Kompleksi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İzmir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə İzmirdəki Ege Universitetində “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalar” mövzusunda konfrans keçirilib.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda institutun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “XX əsrdə azərbaycanlılara qarşı soyqırımlar” mövzusunda məruzə edib. Sübhan Talıblı məruzəsində tarixi faktlara, sənədlərə, dövri mətbuata, Azərbaycan və xarici dillərdə mənbələrə əsaslanıb.

Tədqiqatçı 1905-1906-cı illərdə törədilmiş kütləvi qırğınlar, 31 Mart azərbaycanlıların soyqırımı, 1948-1953-cü illər azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın dağıdılmış tarixi, maddi-mənəvi abidələri, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı, Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlar, 20 Yanvar faciəsi (Neftçala və Lənkəran faciələri), Meşəli, Ağdaban, Qaradağlı, Ağdaban, Ballıqaya, Malıbəyli, Yuxarı və Aşağı Quşçular və Xocalıda həyata keçirilmiş soyqırımlar, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi haqqında geniş çıxış edib.

 

 

Əvvəlki Yazı

Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedir

Növbəti Yazı

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.