Özbəkistan prezidenti Şavkat Mirziyoyev İranla 2023-cü ilin iyununda bu ölkəyə səfəri zamanı imzalanmış məhkumların verilməsinə dair sazişin ratifikasiyası haqqında qanun imzalayıb. Qanun milli qanunvericilik bazası Lex.uz saytında dərc olunub .
Əvvəllər bildirilmişdi ki, bu sənəd parlamentin Qanunvericilik (aşağı) palatası tərəfindən qəbul edilib və müvafiq olaraq 2023-cü ilin oktyabrında və 2024-cü ilin yanvarında Özbəkistan Senatı (parlamentin yuxarı palatası) tərəfindən təsdiq edilib.
“Özbəkistan Respublikası ilə İran İslam Respublikası arasında məhkumların verilməsi haqqında saziş ratifikasiya edilsin”, – sənədin mətnində deyilir.
Ekspertlər hesab edirlər ki, müqavilənin ratifikasiyası iki ölkənin səlahiyyətli orqanları arasında məhkumların təhvil verilməsi sahəsində qarşılıqlı fəaliyyətinin səmərəliliyini artıracaq.
(Tass)