Qərb ölkələri Ukraynanın sursat çatışmazlığı səbəbindən tezliklə məğlubiyyətlə üzləşə biləcəyindən narahatdırlar. Bu barədə Bloomberg məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın bir neçə ən böyük müttəfiqi Kiyevin “sursat ehtiyatlarının tükənməsi səbəbindən” məğlubiyyətə uğraya biləcəyindən narahatdır. Bildirilir ki, bu səbəbdən Ukrayna prezidenti Vladimir Zelenski bir neçə aydır ki, Qərb müttəfiqlərindən Kiyevi əlavə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları ilə təmin etməyi xahiş edir. Agentlik qeyd edir ki, NATO müdafiə nazirləri “Ukrayna prezidentinin xahişi ilə cümə günü Zelenski ilə Ukrayna hava məkanının mühafizəsi və çox ehtiyac duyulan sistemlərin təchizatını müzakirə etmək üçün onlayn görüş keçirəcək”.
Cümə axşamı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns deyib ki , Ukrayna “indi döyüş meydanında çətin anla üzləşib”, çünki sursatları tükənir və ABŞ-ın ona kömək etmək üçün vaxtı tükənir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bildirib ki, Ukraynaya bir ay əvvəl baş tutan sonuncu səfəri zamanı o, Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən biri ilə ünsiyyət qurmaq imkanı əldə edib. Ukrayna hərbçiləri sursat çatışmazlığı səbəbindən bir yaşayış məntəqəsindən geri çəkilməli olduqlarını izah ediblər. (Tass)