ABŞ administrasiyası Netzach Yehuda batalyonundan əlavə İsrail Müdafiə Qüvvələrinin (IDF) və polisinin bir neçə digər bölməsinə sanksiya tətbiq etməyi düşünür. Bu barədə Times of Israel qəzeti özünün Amerika mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətləri qeyd edib ki, Dövlət Departamenti bir ildən artıqdır ki, Netzach Yehuda və digər bölmələrin əsgərləri tərəfindən insan hüquqlarının pozulması hallarını araşdırır. Mənbə izah etdib ki, 2022-ci ilin dekabrında İsrail Müdafiə Qüvvələri fələstinlilərlə əlaqə saxlamamaq üçün Netzach Yehuda batalyonunu İordan çayının qərb sahilindən çıxarmaq qərarına gəlib, lakin İsrail komandanlığı heç vaxt əsgər və zabitlərdən heç birini iddia edilən cinayətlərə görə məsuliyyətə cəlb etməyib.
Digər qəzet mənbəsi sanksiyaların mənfi nəticələrinin kifayət qədər məhdud olacağını qeyd edib. Beləliklə, Netzach Yehuda batalyonu ABŞ Ordusu ilə təlimlərdə iştirak edə bilməyəcək. Bundan əlavə, İsrailə ABŞ-ın hərbi yardım paketi çərçivəsində verdiyi Amerika silahlarını batalyona ötürmək qadağan ediləcək. Lakin bu, İsrail komandanlığına Amerika silahlarının Təl-Əvivin öz vəsaiti ilə aldığı bölməyə ötürülməsini qadağan etmir. (Tass)