Avqust 14, 2025-5:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Professor Musa Qasımlı: Azərbaycanın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın reallığı dərk etməsidir

2024:04:22 - 17:06
in SİYASƏT
A A

Ermənistan tərəfindən 90-cı illərin əvvəllərində Qazaxın işğal edilmiş dörd kəndinin geri qaytarılması böyük əhəmiyyət daşıyır. Bu hadisənin bir neçə mənası var. Kəndlərin qaytarılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin düzgünlüyünü göstərir. Bu ilin əvvəlində Prezident bildirmişdi ki, Ermənistanla delimitasiya və demarkasiya məsələlərini tənzimləmək və sülh sazişinə getmək yolunda ilk addım işğal olunmuş dörd kəndin qaytarılmasıdır. Bu onu göstərir ki, dövlətimizin aydın siyasəti var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, Azərbaycanın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın reallığı dərk etməsidir.

“Həmin kəndlər Ermənistanın deyil. Ermənistan hakimiyyəti və Ermənistan vətəndaşları yaxşı bilirlər ki, həmin kəndlər vaxtilə işğal edilib, Azərbaycan kəndləridir və geri qaytarılmalıdır. Ona görə də Ermənistan rəhbərliyinin bu addımını münasibətləri normallaşdırmaq yolunda ilk siyasi realizm təzahürü kimi qiymətləndirmək olar. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasına üçüncü tərəflər girməsələr, müdaxilə etməsələr, öz maraqlarını güdməyib, rəsmi Bakı və İrəvanı baş-başa buraxsalar, Ermənistan müstəqil xarici siyasət yürütsə, o zaman regionda da sülh olar. Azərbaycan müharibə istəmir, Azərbaycan xalqı məcburi köçkünlükdən və qaçqınlıqdan bezib. Azərbaycan xalqı dinc həyat istəyir. Ona görə də münasibətlərin normallaşdırılması Ermənistandan asılıdır. Fikrimcə, Ermənistanın bu addımını baltalayacaq, topa tutacaq xarici aktorlar olacaq. O da əsasən həmin güclərin regiondakı maraqları ilə bağlı olacaq. Amma o maraqlar quruculuğa deyil, regionda qarşıdurmaya gətirir. Azərbaycanın Ermənistanla münasibətlərdə götürdüyü xətt mehriban qonşuluq ruhunun yaradılmasına, problemlərin həllinə, əməkdaşlığa və dinc yanaşı yaşamağa yönəlib. Onun da ilk cücərtisi işğal olunmuş dörd kəndin geri qaytarılmasıdır”, – deyə professor Musa Qasımlı fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin Putinlə təkbətək görüşü başlayıb

Növbəti Yazı

İlham Əliyev: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.