Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş baş komandanı Valeri Zalujnı bir neçə həftə ərzində Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə başlayacaq, London onun namizədliyi ilə bağlı razılığa gəlib. Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
“Başa düşdüyüm qədər, hər şey rəsmi şəkildə təsdiqlənib, o, səfir olacaq, yəni agreman [səfiri qəbul etməyə razılıq] və Xarici İşlər Nazirliyinin protokol prosedurları, məncə, bu, həftə tamamlanıb.Bəzi logistik prosedurların həyata keçirilməsi zəruridir”, o, “Kiyev 24” telekanalında bildirib.
Podolyak vurğulayıb ki, “hər kəs yükə tab gətirə bilməz”, buna görə də kadr rotasiyası ştatda normal bir prosesdir. (Tass)