İyun 16, 2025-23:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

2024:04:24 - 17:00
in İQTİSADİYYAT
A A

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan AYİB nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir müavini S. Məmmədov ölkədə rəqəmsallaşma və nəqliyyatın şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, digər məsələlər üzrə görülmüş işlər və mövcud layihələr, gələcək planlarından bəhs edərək bu sahələrin inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edib.

Vryenios Drakinos bankın 2024-2029-cu illəri əhatə edən Azərbaycan üzrə prioritetlərin və məqsədlərin əks olunduğu Yeni Ölkə Strategiyasının ilkin layihəsi barədə məlumat verib. O, AYİB-in ölkəmizlə rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığının vacibliyini vurğulayıb.

Görüş çərçivəsində, həmçinin nəqliyyat sahəsində özəl sektor və dövlət müəssisələrinin idarəçiliyinə daha çox dəstək göstərməklə iqtisadi diversifikasiyanın təşviq edilməsi, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və regional əlaqəliliyin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Minimum pensiya kapitalını toplamayan şəxs pensiyaya çıxa bilərmi?

Növbəti Yazı

Qazaxıstan və Böyük Britaniya arasında yeni strateji tərəfdaşlıq sazişi imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.