ABŞ prezidenti Co Bayden iddia edir ki, Çin Rusiya hərbi-sənaye kompleksinə (DIC) istehsal həcmini artırmaq üçün “komponentlər və nou-hau” verir.
Ukraynaya yardım haqqında qanunlar paketini imzaladıqdan sonra Ağ Evdə jurnalistlərə açıqlama verən dövlət başçısının sözlərinə görə, İranın Rusiyaya pilotsuz uçuş aparatları, Şimali Koreyaya isə “ballistik raketlər və artilleriya mərmiləri” verdiyi iddia edilir. “Çin Rusiya müdafiə sənayesinin [istehsal həcmini] artırmaq üçün komponentlər və nou-hau tədarük edir, bu dəstəklə Rusiya Ukrayna şəhərlərinə və kritik infrastruktura hava hücumlarını artırıb”, – deyə Bayden bildirib.
Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyunun daha əvvəl TASS-a verdiyi məlumata görə, Birləşmiş Ştatlar “Çin Rusiyaya hərbi dəstək verir” deyə dezinformasiya yayır və ÇXR ilə Rusiya Federasiyası arasında iqtisadi və ticarət əməkdaşlığı “heç bir üçüncü tərəfə qarşı yönəlməyib”. (Tass)