Birləşmiş Ştatlar Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmaq üçün Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatına sülh təkliflərini çatdırıb. Əmirliyin “The National” qəzetinin Yəməndəki mənbələrə istinadən verdiyi məlumata görə, Amerika tərəfi mümkün razılaşmanın bir hissəsi kimi Səna və Hudeyda şəhərlərindən blokadanı qaldıracağını vəd edib.
“Yəmən qrupunun İsrail gəmilərinə hücum cəhdlərinə cavab olaraq Birləşmiş Ştatlar nəinki hərbi əməliyyatlara əl atdı, həm də üsyançıları hücumlarını dayandırmağa təşviq edəcək təkliflər çatdırmağa çalışdı”, – nəşr yəmənli mənbənin sözlərindən sitat gətirir. Onun məlumatına görə, ABŞ Qırmızı dənizdəki hücumları dayandırmaq müqabilində “Səna və Hudeydə blokadasına son qoymağı və [Yəmənlə] sülh danışıqlarını sürətləndirməyi” təklif edib.
Mənbə vurğulayıb ki, husilərə müvafiq mesajlar “son həftələrdə” göndərilib. Onun sözlərinə görə, mesajlar Oman hakimiyyətinin mühüm rol oynaması ilə “o cümlədən Qərb rəsmiləri” vasitəçilər vasitəsilə ötürülüb. (Tass)