Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lecornu hesab edir ki, nüvə silahının Polşa ərazisində yerləşdirilməsi Rusiya-NATO-nun təsis aktını pozacaq. O, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində öz fikrini bildirib.
“Biz Avropa İttifaqının yeganə nüvə dövlətiyik, lakin bizim xüsusi mövqeyimiz ondan ibarətdir ki, biz NATO Nüvə Planlaşdırma Qrupunun bir hissəsi deyilik”, – Lekornu bildirib. “Polşada nüvə silahının yerləşdirilməsi müttəfiqlər arasında müzakirəni tələb edəcək, çünki bu, Rusiya-NATO-nun təsis aktını pozacaq, baxmayaraq ki, Rusiya Federasiyasının özü Belarusda nüvə silahının yerləşdirilməsi ilə bunu [aktı] pozur” deyə nazir bildirib.
Öz növbəsində Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius nüvə silahının indi hara yerləşdirilməli olduğu barədə düşünməyə ehtiyac olmadığı fikrini bildirib. “Avropada öz adekvatlığını və çəkindiriciliyini sübut edən NATO nüvə çətiri var” Pistorius vurğulayıb. (Tass)