Ermənistan Müdafiə Nazirliyi və Çexiya hərbi idarəsinin İrəvandakı nümayəndələri hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 22-də Çexiya Müdafiə Nazirliyinin Sənaye Əməkdaşlığı Agentliyinin baş direktoru Radka Konderlovanın başçılıq etdiyi nümayəndə heyəti respublikaya səfər edib. Nümayəndə heyətinin tərkibinə Çexiyanın hərbi sənaye şirkətlərinin nümayəndələri də daxil idi.
Qeyd olunur ki, Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla görüşdə Ermənistan və Çexiya arasında hərbi-texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivləri müzakirə edilib, bəzi razılıqlar əldə olunub. (Tass)