May 15, 2025-13:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

2024:04:25 - 11:19
in SOSİAL
A A

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev və strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Finlandiyada işgüzar səfərdədirlər. Səfər zamanı Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun dəstəyilə Helsinki Universitetində görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşlərdə iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə edilib, süni intellekt, proqramlaşdırma, sənaye əlaqələrinin təkmilləşdirilməsi, birgə tədqiqatların aparılması, akademik heyətin mübadiləsi, onlayn təlimlərin keçirilməsi sahəsində ilkin razılıqlar əldə olunub. Süni intellekt və proqramlaşdırma üzrə əldə edilən razılığa əsasən bu sahədə IBM təlimlərində iştirak edən komanda üzvlərinin təcrübələrindən proqram mühəndisliyi institutunun qurulmasında istifadə etmək nəzərdə tutulub.

Qeyd edək ki, dünya universitetləri sıralamasında 70-ci yerdə qərarlaşan, Finlandiyanın ən öndə gedən ali təhsil müəssisəsi olan Helsinki Universiteti 1640-cı ildə yaradılıb. Helsinki Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür. Güclü beynəlxalq əlaqələrə malik Helsinki Universitetinin müxtəlif qitələrdəki ali təhsil müəssisələri ilə 80 əməkdaşlıq müqaviləsi var.

Qeyd edək ki, səfər Naxçıvan Dövlət Universiteti ilə Helsinki Universiteti arasında strateji əməkdaşlığın yaradılması və zəruri olan əməkdaşlıq sahələrinin müəyyən edilməsində xüsusi rol oynayacaq. İki universitet arasında yaradılacaq iş birliyi, bilik və təcrübə mübadiləsi tədqiqat sahəsində inkişafı dəstəkləyəcək, hər iki universitetin təhsil sisteminə yeniliklər gətirəcək.

Əvvəlki Yazı

Sahil Babayev: “Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri potensialı tam əks etdirmir”

Növbəti Yazı

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.