Dağlıq Qarabağ üzrə üçtərəfli sazişlər toplusu aktual olaraq qalır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bilirsiniz, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksi öz aktuallığını qoruyub saxlayır, rəsmi olaraq tərəflərdən heç biri bu razılaşmalardan imtina etməyib”, – deyə o, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)