Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin guya hələ 2020-ci ildə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıması tezisini həyasız təhrif adlandırıb.
“Bu tezislər vaxtaşırı informasiya məkanına atılır”, – deyə diplomat brifinqdə bildirib: “Rusiya rəhbərliyinin sözləri və hərəkətləri tamamilə həyasızcasına təhrif olunur”.
Zaxarova xatırladıb ki, 2020-ci ildə Rusiya Federasiyası Prezidentinin şəxsi iştirakı nəticəsində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar üzrə liderlərin üçtərəfli bəyanatı qəbul edilib. (Tass)