Avqust 12, 2025-17:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

2024:04:25 - 16:00
in GÜNDƏM
A A

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mütəxəssisləri 4500-dən artıq fermerə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları barədə təlim keçiblər.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin ANAMA ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair keçirdiyi təlimlər başa çatıb. Təlimlər Füzuli və Yevlax rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində keçirilib. On bir gün ərzində keçirilmiş 19 təlimə yaylaq mövsümünü Kəlbəcər və Laçın yay otlaqlarında keçirməyi planlaşdıran 4500-dən artıq fermer qatılıb.

Mina təhlükəsizliyi ilə bağlı son təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında keçirilib. ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Təlim iştirakçılarına vizual tanımaq üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib, azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası, buklet, broşür və plakatlar təqdim olunub.

Təlimi başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzalayıblar. Təlimlərdə iştirak etmiş, müvafiq iltizamnaməni imzalamış fermerlər yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Qeyd edək ki, mina təhlükəsizliyi təlimlərinə hər hansı səbəbdən qatıla bilməmiş və ya təlimlərdə iştirakla bağlı yeni qeydiyyatdan keçmiş fermerlər üçün may ayında növbəti təlimlərin keçirilməsi planlaşdırılır. Təlimin dəqiq tarixi, yeri və saatı ilə bağlı yeni qeydiyyatdan keçmiş fermerlərə SMS-bildiriş göndəriləcək.

Əvvəlki Yazı

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Növbəti Yazı

Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.