Britaniyadan Ruandaya deportasiya təhlükəsi İrlandiyaya miqrant axınının artmasına səbəb olub, İrlandiyanın xarici işlər və müdafiə naziri Michaul Martin bildirib.
Onun “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyadan İrlandiyaya miqrant axını Ruandaya deportasiya təhlükəsinin nəticəsi olub. Qaçqınlar “Ruandaya deportasiya edilməmək üçün burada ölkədə və AB-də digər ölkələrdə sığınacaq əldə etməyə çalışırlar. O əlavə edib ki, insanlar “Böyük Britaniyada qalmaqdan qorxurlar”.
Martinin açıqlamaları Britaniya və Fransa arasında miqrantların Ruandaya geri qaytarılması etikası ilə bağlı gərginliyin artdığı bir vaxta təsadüf edir. “The Daily Telegraph”ın qeyd etdiyi kimi, Fransa prezidenti Emannuel Makron Birləşmiş Krallıq hakimiyyətinin qaçqınlara qarşı bu cür münasibətini tənqid edərək qeyd edib ki, bu, Avropa dəyərlərinə xəyanətə çevrilən “kinizm geosiyasətinin” formalaşmasına gətirib çıxarır. (Tass)