Almaniya kansleri Olaf Şolz hesab edir ki, Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli şansları heç vaxt bu qədər yüksək olmayıb. O, bunu Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Əlbəttə, biz ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münaqişəni müzakirə etdik və bu münaqişənin sülh yolu ilə həll edilməli olduğu qənaətindəyik”. (Tass)