NATO-nun Nüvə Paylaşımı proqramı alyansın Şərqi Avropa üzvlərinə də şamil edilməlidir. Polşa prezidenti Anjey Duda litvalı həmkarı Gitanas Nauseda ilə Kaunasda Brave Griffin beynəlxalq taktiki təlimində danışıqlardan sonra jurnalistlərə bildirib.
“Nüvə Paylaşımı proqramı NATO-nun şərq cinahının dövlətlərinə də şamil edilməlidir”, o, TVP Info tərəfindən yayımlanan mətbuat konfransında qeyd edib . Polşa lideri vurğulayıb ki, bu addımı alyans Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə cavab olaraq atmalıdır. Duda bunu Nausėda ilə danışıqlarda müzakirə etdiyini təsdiqləyib.
Aprelin 22-də Duda “Fakt” qəzetinə müsahibəsində bildirib ki, lazım gələrsə, Polşa NATO-nun nüvə başlıqlarını yerləşdirməyə hazırdır. O, izah edib ki, bu məsələni ABŞ-dan olan tərəfdaşlarla artıq dəfələrlə müzakirə edib, lakin indiyədək nə Polşa hakimiyyəti, nə də onların NATO üzrə tərəfdaşları tərəfindən heç bir qərar verilməyib. (Tass)