İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Məhəmməd Aştiani deyib ki, Moskva ilə Tehran arasında münasibətlər yeni səviyyəyə qalxır.
Aştiani Astanada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlarda deyib: “Bizim əlaqələrimiz yalnız dərinləşir və genişlənir, yeni səviyyəyə qalxır”.
O, Suriyanın paytaxtında respublikanın konsulluğuna hücum zamanı İrana dəstəyinə görə Rusiya müdafiə nazirinə minnətdarlığını bildirib.
“Fürsətdən istifadə edərək, İran İslam Respublikasına qarşı ədalətli, dürüst mövqeyinizə, Dəməşqdəki konsulluğumuza hücum zamanı göstərdiyiniz dəstəyə, eləcə də mütənasib cavabımıza balanslı reaksiyanıza görə sizə təşəkkür etmək istərdim”, – Aştiani deyib. (Tass)
O, cümə günü Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin ümumi iclasında səsləndirdiyi mövqeyə görə rusiyalı həmkarına təşəkkür edib.