Belarus Türkiyə ilə iqtisadi və investisiya əməkdaşlığını intensivləşdirməyi hədəfləyir və bunun üçün xidmətlərin azad ticarəti haqqında saziş üzrə danışıqları davam etdirməyə hazırdır. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu İqtisadiyyat naziri Yuri Çebotar Türkiyənin ölkədəki səfiri Güçlü Cem İşik ilə görüşündə deyib.
“Son dörd il ərzində xidmətlər ticarətində müsbət dinamika müşahidə olunub”, – deyə nazir bildirib.
O, Türkiyənin Belarusun perspektivli ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. “2023-cü ilin sonuna qədər Türkiyə ticarət tərəfdaşlarımız arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə altıncı, malların ixracına görə isə səkkizinci yeri tutur”, – deyə Çebotar bildirib: “Ümumiyyətlə, qarşılıqlı ticarətin müsbət tendensiyaya malik olması vacibdir Ardıcıl üçüncü ildir ki, ticarət dövriyyəsi milyardı ötür”-deyə nazir vurğulayıb.
Bundan əvvəl İqtisadiyyat Nazirliyi ekspert qiymətləndirmələrinə istinad edərək qeyd edib ki, Türkiyə ilə xidmət sahəsində azad ticarət sazişinin imzalanması və həyata keçirilməsi Belarusun xidmət ixracını 3,8% artıracaq. (Tass)