Belçikanın Baş naziri Alexander De Croo, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb.
Baş nazir Alexander De Croo müdafiə naziri Ludivine Dedonder ilə mətbuat konfransında təyyarələrin dəyərinin dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcəyini bildirib.
İlin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələrinin göndəriləcəyini bildirən De Croo, “Bu, Ukraynanın müdafiəsi üçün böyük bir addımdır deyib.
İclasda nə qədər döyüş təyyarəsinin veriləcəyi və çatdırılma tarixi ilə bağlı məlumat verilməsə də, nazir Dedonder tədarüklərin “mümkün qədər tez” həyata keçiriləcəyini qeyd edib. (TRT Haber)